Digər Xəbərlər
"Turan" İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev azadlığa buraxılıb.
RePost.Az xəbər verir ki, Mehman Əliyev onun azadlığa çıxması üçün fəaliyyət göstərən hər kəsə təşəkkür edib. O bildirib ki, Turan" agentliyi ilə bağlı aparılan araşdırmada heç bir qanun pozuntusu aşkarlanmayacaq.
O qeyd edib ki. bununla bağlı prezidentə müraciət edib və isitntaqdan yayınmadığın qeyd edib və xahiş edib ki, onun barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilsin. Agentliyin fəaliyyətinə gəlincə, o deyib ki, hazırda maliyyə durumları çox ağırdır və "Turan"ın fəaliyyət göstərməsi üçün şərait yoxdur.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Mehman Əliyevin azadlığa buraxılmasını tövsiyə edib.
RePost.Az