RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ali Məhkəmənin Nəzarət və Təftiş işləri üzrə rəis müavini Qulamrza Ənsari açıqlama verib. “Cinayət işi Ali Məhkəmənin şöbələrindən birinə göndərilib, şöbə dərhal növbədənkənar şəkildə dosyeyə baxıb və Ərdəbil Əyaləti Cəza Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən çıxarılan hökmü olduğu kimi qüvvədə saxlayıb”- deyə o bildirib. Azyaşlı qızın qatili, zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı qaytarmaq cəzasına məhkum edilib.