ATV-nin prezidenti Vüqar Qaradağlı işdən çıxarılıb. 
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, rəhbərinin işdən çıxarılmasına səbəb  Turan İbrahimovun "ATV səhər" verilişində hakimiyyət əleyhinə fikirləri və bir neçə dövlət məmurunun təhqir olunması olub. Bununla bağlı dəfələrlə kanal rəhbərliyinə xəbərdarlıq edilsə də əhəmiyyət verilməyib. Əksinə, şou-biznes nümayəndəsi hesab olunan Turan İbrahimovun müəyyən siyasi dairələrə dərs keçməyə şalışması, hakimiyyətin siyasi kursuna zidd fikirlər səsləndirməsi müəyyən dairələri belə bir qərar qəbul etməyə vadar edib. 
 
Mənbənin sözlərinə görə, yxın günlərdə Vüqarın bütün komandasının işdən uzaqlaşdırılacağı gözlənilir.  
 
Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb. Məlumata görə, MTRŞ sədri Nüşrəvan Məhərrəmli Azər Xəlilovu kollektivə təqdim edib. Azər Xəlilov artıq vəzifəsinin icrasına başladığını təsdiq edib.
 
Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində fəaliyyət göstərib.
 
RePost.Az

Baxış sayı: 3884 | Tarix: 26.09.2017
Bizi Telegramda izləyin: @repostaz