Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun cənazəsi hələlik ailəsinə təhvil verilməyib.
 
RePost.Az bu barədə Teleqraf.com-a istinadla xəbər verir.
 
Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür. Yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər.
 
Qeyd edək ki, mərhumun anası və qardaşı Hacıqabulda yaşayır.
 
“Qoca”nın anası Svetlana Məmmədova bildirib ki, onun 5 övladı olub: “4 oğlum, 1 qızım vardı. Qızım rəhmətə getmişdi. Etibar da belə oldu. İki oğlum həbsdədir. Digər oğlumla birgə yaşayıram. Övladlarımın ən kiçiyi Etibar idi. Ən sevimli övladım idi. Uşaqlığı yaxşı keçib. İlk dəfə 16 yaşında həbsə düşdü. Kərbala ziyarətində olub. Qəzəllər yazırdı. İki kitabı çıxıb: “Mirvari damlalar” və “Gözlədiyim illər”. Daha bir kitabı çapa hazırlanırdı”.
 
Svetlana Məmmədova “Qoca”nın müğənni Fədayə Laçınla münasibətlərindən də danışıb: “Onlar dost idilər. Fədayə bir dəfə bizim evdə olub. Hacıqabula toya gəlmişdi, sonra da Etibarla görüşmək üçün bizə gəldi”.
 
RePost.Az

Baxış sayı: 5081 | Tarix: 03.11.2017
Bizi Telegramda izləyin: @repostaz