Sosial şəbəkə istifadəçilərin telefon nömrələrini yayıb
 
Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi olan "Facebook"un başı satın aldığı mesajlaşma sistemi "WhatsApp"a görə dərddədir. RePost.az-ın BBC-yə istinadla verdiyi məlumata görə, Avropa İttifaqının bu alış-verişi nəzarətə götürməsi problemlərə səbəb olub. 
 
Qurum "Facebook"u verdiyi sözü tutmamaqda ittiham edir.
 
2014-cü ildə 22 milyard dollara satın alınan "WhatsApp"la bağlı Aİ hələ də yoxlamalarını yekunlaşdırmayıb. İki il öncə "Facebook" rəsmiləri Aİ-nin müvafiq qurumuna iki şirkət arasında müştəri məlumatlarının paylaşılmayacağı, hesabların birləşməyəcəyi ilə bağlı söz vermişdi. Lakin avqust ayında bu vəd pozulub. Mesajlaşma xidmətindən istifadə edənlərin telefon nömrələri və profil rəsmləri "Facebook"da görünməyə başlayıb.
Aİ Komissiyası indi məhz bu paylaşımları sübut gətirərək "Facebook" istifadəçi sirlərini yaymaqda ittiham edir. Sosial şəbəkənin rəsmiləri 2017-ci il yanvar ayının 31-nə kimi vaxt qoyulub. O tarixə kimi onlar özlərini müdafiə edən sənədləri və açıqlamaları hazır vəziyyətə gətirməlidirlər. Əgər heç bir addım atılmazsa, Komissiya "Facebook"a illik gəlirinin 1 faizini - yəni təqribən 170 milyon dollarlıq cəza kəsəcək.
 
RePost.az
 

Baxış sayı: 5366 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz