Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü başlayıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.
 
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunur. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.
 
Qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.
 
RePost.Az

Baxış sayı: 3618 | Tarix: 06.12.2017
Bizi Telegramda izləyin: @repostaz