Azərbaycan prezidenti İlham Əliyev memarların təltif edilməsi haqqında sərəncam imzalayıb.
RePost.Az-ın məlumatına görə, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Bəylərov İlqar Xıdır oğlu
İsbatov İlqar Aydın oğlu
“Tərəqqi” medalı ilə
Amənzadə Raihə Barxudar qızı
Əzimzadə İnarə Çingiz qızı
İbrahimov Kamal İbrahim oğlu
Kərimova Təranə Həmzə qızı
Qaçayev Fərid Məmməd oğlu
Qurbanəliyev Zaur Ramiz oğlu
Mahmudbəyov Namiq İskəndər oğlu
Məmmədov Maqsud Teymur oğlu
Novruzzadə Şeyda Natiq qızı
Sadıxov Cahangir İsmayıl oğlu
Şixzamanov Nizami Eyyub oğlu.
Dövlət başçısının digər sərəncamları ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Abdullayev Tofiq Əli oğlu və Şəkixanov Tofiq Həmid oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd təyin olunub, Baybekov Ravil Saleh oğlu, Cəfərov Xəlil Ələkbər oğlu, Miralayev Fəxrəddin Böyük oğlu və Namazov Müsədin Əhməd oğluna “Əməkdar memar” fəxri adı verilib.
RePost.Az