Son zamanlar dünyada məşhurlaşan "Mannequin Challenge" Azərbaycanda da baş tutub.
RePost.az-ın məlumatına görə, Bakının məşhur restoranlarından birində baş tutan tədbirdə "Mannequin Challenge" edilib.
Maraqlısı ondadır ki, "Mannequin Challenge" fleşmobunda Gənclər və İdman naziri Azad Rəhimov da iştirak edib. Video sosial şəbəkələrdə qısa zamanda minlərlə insan tərəfindən izlənilib.
Qeyd edək ki, "Mannequin Challenge” flaşmobuna ilk dəfə bu il oktyabrın 27-də "Twitter” mikro-bloqunda rast gəlinib. Videoda bir qrup insan hərəkətsiz vəziyyətdə dayanır. Operator isə onların arasında gəzərək, iştirakçıları video-kameraya çəkir. Bu fleşmob "Harlem Shake”və "Ice Bucket Challenge”i xatırladır.
RePost.az