Mikayıl Cabbarov Təhsil Nazirliyinin daha bir işçisini Vergilər Nazirliyində işə götürüb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Report.az məlumat yayıb.
 
Bildirilir ki, Elnur Əliyev nazirin yeni müşaviri vəzifəsinə təyin olunub. E.Əliyev bundan əvvəl Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
 
Bundan əlavə, M. Cabbarov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyinin keçmiş işçisi Ceyhunə Muxtarovanı özünə köməkçi təyin edib.
 
Xatırladaq ki, ötən gün, dekabrın 25-də, Təhsil Nazirliyinin aparat rəhbəri Camal Qasımov vergilər nazirinin müşaviri təyin olunub.
 
RePost.Az

Baxış sayı: 4359 | Tarix: 26.12.2017
Bizi Telegramda izləyin: @repostaz