Yağıntıların azalması Urmu gölündə vəziyyəti daha da gərginləşdirib. RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, nunu Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma işləri üzrə müdiri Məsud Təcrişi deyib. 
 
Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan layihələr mövzusunda keçirilən iclasda çıxış edən Təcrişi qeyd edib ki, gölün su hövzəsində yağıntıların miqdarı son 67 ildə ən aşağı həddə çatıb. Bunun göldə suyun səviyyəsinin aşağı düşməsində xüsusi təsiri var. Təcrişi,  artıq gölün 96 faizinin quruduğunu bildirib.
 
Onun sözlərinə görə, hazırda göldə 1 milyard metri mükəəb su var və gölün yatağının yalnız 35 faizi su ilə örtülüb. O, gölün yenidən canlanması üçün yağıntıların artmasına ümid etdiyini bildirib. Urmu gölünün sahəsi normal vəziyyətdə 5800 metri-mürəbbə, su səviyyəsi tarazlığı isə 1278.02 metr olmalıdır.
 
RePost.Az
 

Baxış sayı: 5100 | Tarix: 05.01.2018
Bizi Telegramda izləyin: @repostaz