Bakıda polis bölməsinin rəisi dəyişdirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 
 
Əmrə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 12.01.2018
Bizi Telegramda izləyin: @repostaz