Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
RePost.Az xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
RePost.Az