Türkiyənin RTÜK (Radio Televizyon Üst Kurulu) qurumunun İdarə heyətinin bu gün keçirilən iclasında “Show Radyo”nun "Matrax" adlı proqramında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva barəsində təhqiramiz ifadələrin yer aldığı yayım müzakirə olunub.
 
“Anadolu” xəbər verir ki, aparıcısının Zeki Kayahan Coşkun olduğu “Matrax” adlı proqram 16 yanvar 2018-ci il tarixində Bakı vaxtı ilə saat 23:00-dan 02:00-a qədər efirə gedib.
 
RTÜK bu yayıma görə radio kanalına ən yuxarı həddə maddi cəza verərək, yayım gəlirinin 5%-i həcmində cərimə ödəməsini qərara alıb. Bundan başqa, radionun verilişləri cəza olaraq 5 dəfə müəyyən fasilələrlə dayandırılacaq.
 
Qərarda göstərilir ki, bir il ərzində radio kanalı buna bənzər proqram yayımlayarsa, 10 gün müddətində yayımlanmasına qadağa qoyulacaq. Təkrar bu cür halın baş verəcəyi təqdirdə isə radio şirkətinə verilmiş lisenziya geri alınacaq.
 
RePost.Az

Baxış sayı: 3637 | Tarix: 25.01.2018
Bizi Telegramda izləyin: @repostaz