Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.
RePost.Az-ın məlumatına görə, bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.
Qeyd edək ki, bundan öncə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.
RePost.Az