Ölkə prezidenti İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb.
 
RePost.Az xəbər verir ki, Sərəncamda deyilir:
 
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:
 
1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
 
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
 
RePost.Az

Baxış sayı: 3922 | Tarix: 05.02.2018
Bizi Telegramda izləyin: @repostaz