Prezident İlham Əliyev bu gün səhər Xətai rayonunda yanğın baş vermiş əraziyə gəlib.
 
RePost.Az-ın müxbiri hadisə yerindən xəbər verir ki, dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb.
 
Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.
 
Hadisə nəticəsində xeyli sayda ölən və xəsarət alan var.
 
RePost.Az

Baxış sayı: 4074 | Tarix: 02.03.2018
Bizi Telegramda izləyin: @repostaz