RePost.AZ sizə ayaqqabınızı yalnız 3 dəqiqədə və çox sadə bir üsulla sukeçirməz hala gətirməyin yolunu təqdim edir.
Bəyənərək aldığınız ayaqqabınızı yağışlı havada geyindiyinizdə ayaqlarınız islanırsa, bunun həlli yalnız 3 dəqiqənizi alacaq. Bu problemi evinizdə olan vəsaitlərlə həll etməyiniz mümkündür. Sizə lazım olan ləvazimatlar: şam və saç qurudan (fen).
Ayaqqabınızın üstünə şamı sürtün. Əvvəlcə şamı parçadan olan ayaqqabınızın su götürməməsini istədiyiniz hissələrin üzərinə sürtün. Daha sonra şam sürtdüyünüz hissələri fenlə qurudun.
Artıq ayaqqabılarınızı yağışlı havalarda da geyinə bilərsiniz.
RePost.AZ