Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, adıçəkilən qurumların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
 
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
RePost.Az

Baxış sayı: 3922 | Tarix: 09.03.2018
Bizi Telegramda izləyin: @repostaz