Yeni il gecəsi gecə saat 12-yə qalmış Milli Parkda havaya salyutlar atılacaq
Milli Parkda atəşfəşanlıq tədbiri keçiriləcək.
RePost.az xəbər verir ki,İstiPress-ə bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Yeni il gecəsi gecə saat 12-yə qalmış Milli Parkda havaya salyutlar atılacaq.
Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevin İstiPress-ə verdiyi məlumata əsasən, Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacağı halda Bakı Metropoliteni də xüsusi iş rejiminə keçəcək. Onun sözlərinə görə məqsəd, paytaxtda keçiriləcək bayram mərasimlərinə sərnişinlərin rahat gediş-gəlişini təmin etməkdir.
RePost.az