Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.
RePost.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.
F. Quliyev buna qədər SOCAR Energy Georgia MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.
RePost.Az