Ruiyanin Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib.
RePost.Az-ın məlumatına görə, Yanğın zamanı 9-u uşaq olmaqla, 53 nəfər həyatını itirib, 64 nəfər itkin düşmüş hesab edilir. Bu barədə Rusiya FHN-nin Kemerovo vilayəti üzrə Baş idarəsinin rəis müavini Boris Dedyuxin bildirib. Hazırda yanğın söndürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ticarət mərkəzində baş verən yanğınla bağlı 3 nəfər, o cümlədən obyektin sahibi saxlanılıb. Hüququ mühafizə orqanlarından verilən mkəlumata görə faktla bağlı üç maddə üzrə cinayət işi açılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev isə bildirib ki, Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.