Bu gün Azərbaycan Dövlət Tarix muzeyində 31 mart soyqırımının 100 illiyi ilə əlaqədar Beynəlxalq Sülh Tədqiqatlar və İnkişaf İnstitutunun təşkilatçılığı ilə "sabit sülh ətrafında müzakirələr" adı altında təbir keçirilib.

RePost.Az-ın məlumatına görə, tədbirdə ictimaiyyətin müxtəlif sahələrinin nümayəndələri həmçinin,tarixçilər, tarix müzeyinin əməkdaşları da iştirak ediblər. Dəyirmi masa ətrafında 30 mart-3 aprel tarixlərində Bakı şəhərində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı şəhəri və daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqrım müzakirə edilib. 

Çıxışlar zamanı soyqırımda 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsi və on minlərlə insanın itkin düşməsi haqda məlumat verilib. Soyqırım nəticəsində Şamaxıda 7 min, Qubada isə 6 min nəfərin öldürülməsi faktı xatırladılıb. Tədbirin sonunda soyqırım barəsində gənclərin maarifləndirilməsi və dünya mediyasında bu faktların işıqlandırılmasının zəruriliyi vurğulanıb. Həmçinin oda qeyd olunub ki, ölkəmizdə sülhün davamlılığının qorunması, gələcək nəsillərin daimi inkişafının təmin edilməsi üçün mühüm amillərdəndir.

RePost.Az


Baxış sayı: 3884 | Tarix: 01.04.2018
Bizi Telegramda izləyin: @repostaz