Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış cərrah, mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailənin qızı olduğu məlum olub.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Səbinə, "Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.
 
1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.
 
2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq çalışıb.
 
2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.
 
Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.
 
RePost.Az

Baxış sayı: 5081 | Tarix: 04.04.2018
Bizi Telegramda izləyin: @repostaz