Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri məlum olub.
 
RePost.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,09 faizini toplayıb.
 
Digər namizədlərin topladığı səsə faziləri isə belə olub: 
 
Qüdrət Həsənquliyev – 3,4 faiz
 
Sərdar Cəlaloğlu - 2,97 faiz
 
Zahid Oruc - 3, 07 faiz
 
Hafiz Hacıyev - 1,51 faiz
 
Araz Əlizadə - 1,4 faiz
 
Fərəc Quliyev - 1,18 faiz
 
Razi Nurullayev 0, 74 faiz
 
Məzahir Pənahov deyib ki, indiyə qədər 125 seçki dairəsi üzrə 3675 seçki məntəqəsi üzrə hesabat Mərkəzi Seçki Komissiyasına daxil olub. Bu da ümumi məntəqələrin 65 faizini təşkil edir: "Ümumilikdə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlar seçkilərin ilkin nəticələrini elan etməyə əsas verir. Başqa sözlə, 2 milyon 667 min 220 bülleten sayılıb. Gecə saat 24.00-a qədər bütün məntəqələr üzrə protokolların daxil olacağını gözləyirik".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
 
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
 
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
 
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
 
RePost.Az

Baxış sayı: 5309 | Tarix: 11.04.2018
Bizi Telegramda izləyin: @repostaz