Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
 
RePost.Az-ın məlumatına görə, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
 
Pentensiar Xidmətin yaydığı məlumata əsasən, Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib:  Hələ bu vəzifəyə təyinatın olmadığı bildirilib.
 
Xatırladaq ki, H.Əlixanov 2007-ci ildən Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışır.
 
RePost.Az

Baxış sayı: 4264 | Tarix: 03.05.2018
Bizi Telegramda izləyin: @repostaz