Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfər edib.
 
RePost.Az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
 
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
 
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
 
Prezident həmçinin səfər çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının, o cümlədən, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
 
RePost.Az
 
 

Baxış sayı: 6088 | Tarix: 04.05.2018
Bizi Telegramda izləyin: @repostaz