Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.
 
APA-nın məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.
 
O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.
 
Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.  
 
RePost.Az

Baxış sayı: 6582 | Tarix: 04.05.2018
Bizi Telegramda izləyin: @repostaz