Təbrizin “Traxtur” futbol klubu yaxın günlərdə hərraca çıxarılacaq. 
 
RePost.Az-ın məlumatına görə, bu barədə Günaz Tv məlumat yayıb. Məlumata əsasən, klubun qiyməti barədə hələlik konkret qərar verilməyib. Bəzi mətbuat orqanlarında müxtəlif rəqəmlər səsələndirilsə də, klub rəhbərliyi bunun həqiqəti əks etdirmədiyini bildirib. Məlumatlara əsasən, Təbriz Bələdiyyə İdarəsi və “Qostəreşe fulad” klubunun sahibi "Traxtur" iddia edənlər arasındadır.
 
Xatırladaq ki, "Traxtur" futbol klubunun hazırkı sahibi İran İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). 
 
RePost.Az

Baxış sayı: 5233 | Tarix: 10.05.2018
Bizi Telegramda izləyin: @repostaz