Məşrutə İnqilabının əsas liderlərindən olan Şeyx Məhəmməd Xiyabanı və Milli Sərdar Səttarxanın məzarları Tehrandan Təbrizə köçürüləcək.
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki. bu barədə Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan açıqlama verib. O deyib ki, Səttarxan və Şeyx Məhəmməd Xiyabanı Azərbaycanın tarixi şəxsiyyətləri sayılır. Onların məzarının Təbrizə köçürülməsi ilə bağlı müəyyən işlər görülüb, Bələdiyyə İdarəsi bunun üçün cari ildə xüsusi büdcə də ayırıb.
Qeyd edək ki, Tehranda Şeyx Məhəmməd Xiyabani və Səttarxanın məzarlarına vaxtaşırı edilən hörmətsizliklər azərbaycanlıların dəfələrlə etirazına səbəb olub.
RePost.Az