Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.
 
Bu barədə virtualaz.org-a özəl mənbələrdən məlum olub.
 
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.
 
Onu da qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavin var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.
 
RePost.Az

Baxış sayı: 4359 | Tarix: 16.05.2018
Bizi Telegramda izləyin: @repostaz