Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki. sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.
 
Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
 
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
 
Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 25.05.2018
Bizi Telegramda izləyin: @repostaz