Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
RePost.Az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni icra başçısı Tovuzun Qaraxanlı kəndində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən "Zəhər Mamed” ləqəbi ilə tanınıb.
Bundan başqa o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır.
RePost.Az