İstanbulda gecə klubundakı terror aktında həlak olan  Nuranə Həsənovanın Rusiya vətəndaşı olduğu müəyyənləşib.
 
RePost.Az xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” hesabında məlumat yerləşdirilib. “İstanbuldakı dəhşətli  terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”, - deyə məlumatda bildirlir. 
 
Nuranə Həsənova Azərbaycan əsilli olduğuna görə, onun cənazəsi Azərbaycana göndəriləcək. Bu barədə onun qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət ediblər. Səfirlik onların xahişini müsbət cavablandırıb.
 
Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Ölənlərin 11-i Türkiyə vətəndaşıdır,  digərlərinin isə Ərəb Ölkələrinin vətəndaşları olduğu bildirilir. 
 
Hadisənin məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb. 
 
RePost.Az

Baxış sayı: 4226 | Tarix: 02.01.2017
Bizi Telegramda izləyin: @repostaz