Qusar rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
RePost.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Qusar RPŞ-nin keçmiş rəisi Arif Əliyev isə təqaüdə göndərilib.
Qusar RPŞ-dən faktı təsdiqləyiblər.
RePost.Az