Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Könüllü Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə davam edən “Azərbaycanda yaşayan əcnəbi vətəndaşlara Ermənistan-Azərbaycan münaqişəsi; işğallar, deportasiyalar və soyqırım həqiqətlərinin çatdırılması” layihəsinin növbəti tədbiri uğurla nəticələnib.
Təşkilat komitəsindən verilən məlumata görə, bu çərçivədə ölkəmizdə ali təhsi alan səkkiz fərqli ölkənin (Türkiyə, Misir, Banqladeş, Yəmən, Niger, Çad, Qətər və Pakistan) nümayəndəsi erməni işğalından yeni azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinə aparılıb.
Cocuq Mərcanlı kəndinin orta məktəbində təşkil olunan tədbirdə məktəb direktoru Həziyev Zamin əcnəbi vətəndaşlara Cəbrayıl rayonunun işğal tarixi, Ermənistanın bu bölgələrdə həyata keçirdiyi işğalçılıq siyasəti və erməni terroru haqqında məlumat verib.
Çıxışında, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada daha geniş təbliğ olunması üçün daha çox səy göstərilməli olduğunu deyən “Könüllü Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlı isə tədbir iştirakılarını öz ölkələrində Azərbaycanın könüllü təmsilciləri kimi çalışaraq bu həqiqətlərin təbliğ olunması üçün əllərindən gələni etməyə səsləyib.
Daha sonra isə layihə iştirakçıları Cocuq Mərcanlı kəndini kəzərək kənd əhalisi ilə ünsiyyətdə olub.
Qeyd edək ki, layihənin ilkin mərhələsində ölkəmizdə ali təhsil alan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə 09 iyun tarixində Bakı şəhərində, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, Ermənilərin Qafqaz regionunda həyata keçirdiyi deportasiyalar, etnik təmizləmələr və soyqırımlar haqqında tarixi faktlar əsasında ətraflı məlumat verilmişdi.
Layihənin növbəti mərhələsində isə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksinə aparılacaqdır.
RePost.Az