Bakıda 14 yaşlı hamilə qızı ərə verirlər - Atasından ŞOK İDDİA - VİDEO
14 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır.
RePost.Az xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında qızın atası Mirtəmən Sadıqov deyib.
O bildirib ki, məsələ barədə bu gün Xəzər rayon Polis İdarəsinə çağırılıb:
“Mən bir ata kimi öz şikayətimi etdim. Keçmiş həyat yoldaşım və qızımdan izahat alındı. Məsələ barədə araşdırma aparılacaq”.
14 yaşlı qızın atası iddia edib ki, qızı iki aylıq hamilədir:
“Tanışlarımızdan mənə dedilər ki, qızım artıq iki aylıq hamilədir. Anası və qızı boynuna almadı. Ekspertizanın nəticəsi bilinən zaman mənə məlumat veriləcək”.