Təxminən saat 00:20 dəqiqədə ölkə üzrə elektrik enerjisonin verilişi dayanıb.

RePost.Az-ın məlumatına görə, Respublikanın əksər şəhər və rayonları qaranlığa qərq olub.

Mingəçevir Elektrik Stansiyasında partlayış olduğu bildirilir. 

"Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib".
 
Bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin  Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.
 
Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub: "Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək".
 
Məlumatda o da qeyd olunub ki, əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir.
 
RePost.Az

Baxış sayı: 4625 | Tarix: 03.07.2018
Bizi Telegramda izləyin: @repostaz