Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib.
 
RePost.Az-ın məlumatına görə, sənəddə qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunur və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.
 
Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.
 
RePost.Az

Baxış sayı: 4473 | Tarix: 04.07.2018
Bizi Telegramda izləyin: @repostaz