Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
 
RePost.Az xəbər verir ki, müşavirədə ölkə başçısı məruzə ilə çıxış edən Azərenerjinin rəhbəri Etibar Pirverdiyin sözünü yarımçıq kəsib. Dövlət başçısı baş vermiş qəzanın səsəblərinindən danışmaqdansa 15 il öncəki vəıziyyətlə indiki vəziyyəti müqayisəı edən Pirverdiyevin sözünü yarımçıq kəsib. 
 
“15 il əriznə nələr görülüb bilirik, qəzanın səbsəbini izah edin. Nə üçün ölkəni qaranlıq bürüdü, səbəb nədir? Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada qəza baş vermir. Baş verərsə də, ölkənin enerji sistemi çökmür. İsti hava ilə bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Siz utanmalısız, xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu isti havada nqədər əziyyət vermisiz. Metroda, liftə qalanlar, qocalar, uşaqlar əziyyət çəkdi. Ölkə iqtisadiyyatına nə qədər ziyan vurmusuz. Təkcə neft şirkətinin itirdiyi qəqəmləri desək görərəik ki, nə qədər iqtisadiyyata ziyan dəyib. 30 stansiya tikilib son 15 ildə. Elə sistem quurlmalı idi ki, bu problem yaranmasın. Nə üçün bir yarımsatnsiyada baş verən qəzaya görə, digər stansiyaların işi dayandı”.
 
Prezident baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi araşdırılması barədə tapşırıq verib.
 
RePost.Az


Baxış sayı: 5594 | Tarix: 04.07.2018
Bizi Telegramda izləyin: @repostaz