Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm.
 
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə nitqi zamanı bildirib.
 
Prezident İlham Əliyev deyib: “Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.
 
Nəqliyyat məsələləri tənzimləndi. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, bütün dövlət qurumları bu ağır vəziyyətdə çox çevik fəaliyyət, böyük peşəkarlıq göstərmişlər və biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik”.
 
RePost.Az

Baxış sayı: 4378 | Tarix: 04.07.2018
Bizi Telegramda izləyin: @repostaz