"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı şirkətə daxil olan saytların fəaliyyətinin dayanmasına münasibət bildirib. 
 
RePost.Az xəbər verir ki, V. Mahirqızı hazırda saytların fəaliyyətinin şirkətin özü tərəfindən dayandırıldığını qeyd edib: 
 
"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək".
 
Qeyd edək ki, APA avqustun 1-dən fəaliyyətini dayandırıb. 
 
RePost.Az

Baxış sayı: 4473 | Tarix: 03.08.2018
Bizi Telegramda izləyin: @repostaz