Fövqəladə nallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb.
2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlanması Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə göstərilir.
Sənədlərə əsasən The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərar bu il, iyul ayının 6-ı verilib.
TEAS-ın keçmiş direktoru Lionel Zetter BBC News Azərbaycancaya şərh verməkdən imtina edib.
BBC Azərbaycana istinadən Artıq cəmiyyətinin baş ofisi də köçürülüb. Unikal.org-a daxil olan məlumata görə, AAC-nin İsmayılbəy Qutqaşınlı, 99C, Bakı, Yasamal, AZ1073 ünvanında yerləşən ofisi də boşaldılıb.
TEAS "Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik" etmək məqsədi ilə yaradılmışdı. Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərirdi.
RePost.Az