Azadlığı bir daha görməmək?! İlqar Məmmədov çoxdan gözlənilən azadlığı aldı. Həbsxananın qorcunc və cığıldayan qapılarının Azərbaycan liberallarının yalançı lideri üçün gurultulu açılışı baş verdi. Və bu hadisə Azərbaycan liberalizminin tənəzzülü və dağılması ilə üst-üstə düşdü.

İ.Məmmədov Azərbaycanda etirazın yeni növünün – liberal-şiəliyin təzühüründən sonra azadlığa çıxdı, hansı ki, bu cərəyanın ilkin mənşəyi haqda biz Gəncədəki mənasız və amansız yaşıl qiyamın apogeyində bəhs etmişdik.

İlqar Məmmədov onun üçün yeni olan şəhərin küçələri ilə, sanki ayağının altındakı ölkəni hiss etmədən gedirdi. İtirilmiş, özünə arxayın olmayan, sifəti sallanmış və bəlkə də uzun həbsdən sadəcə yorulmuş, yaxud da realçılar yığınının reallıq hissini itirmiş lideri yenidən ekranlara çıxdı. İlk təəssürat? Nə əzablı ayrılıqdan sonra sevimli həyat yoldaşı ilə səmimi bir qucaqlaşma, nə dustaqxanada keçmiş əzablı illərdən sonra bir inilti, nə də açıq gözəçarpan zərərli narsizm… İlqar Məmmədov əzilmiş, yenidən ağlarla qırmızıların əbədi müharibəsinin nağıl dünyasından doğan romantik illüziyaların əsarətində olan Kerenskiyə oxşayır. "Respublikaçılara eşq olsun!", - realçıların lideri elan edir, anlamır ki, başqa bir ölkədə həbs edilmişdi, amma tamamilə başqa bir ölkədə azadlığa çıxıb.

Təkcə Məmmədovu yox, bizim hamımızı maydan aludəçiliyindən az qala tam əbədilik ayırır. İlqar Məmmədov yalnız zəif, yumşaq desək, xarizmatik lider yox, heç adi analitik də olmadı. O, səmimi qəlbdən inanırdı ki, 2013-cü ildə İsmayıllıdakı hadisələr böyük Azərbaycan inqilabi yanğını üçün başlanğıc olacaq və üsyanın alovu bütün şəhərlərə və kəndlərə yayılacaq. O, səmimiyyətlə inanırdı ki, Amerika səfiri Morninqstar Bakıya bir məqsədlə-İlham Əliyevi devirmək üçün gəlib. O, səmimiyyətlə inanırdı ki, onu Amerika hərbi bazası Qalifaksa tək bir məqsədlə – inqilab alovuna bürünmüş Azərbaycana plomblanmış vaqonda göndərmək üçün dəvət ediblər…
 

İ.Məmmədov alovlanmanı qabaqlamanın bədnam nəzəriyyəsi üzərində baş sındıraraq və onunla oynayaraq, çevikliklə ictimai etirazların yaşandığı bir qəsəbədən o birinə atıldı və yaranmış siyasi vəziyyəti, geosiyasi düzəni obyektiv hesablamağı bacarmadı, alovlanmanı qabaqlamaq bədnam nəzəriyyəsinə inandı. Nəhayət, İ.Məmmədov siyasi təşkilatların xüsusi apriori roluna arxayın olaraq, inqilabi prosesin mənşəyinin mənbəyi kimi öz xalqını dərk edə bilmədi.


Bütün bunlardan sonra demokratiyanın bütün təzahürlərindən, istər liberalizm olsun, istər sosial-demokratiya, məyus olan sadəlövh insanlar etirazın özünü büruzə verən yeganə formasında-şiə reaksionizmində rahatlıq tapdı. İ.Məmmədovun heç ağlına da gəlmir ki, elçibəyçi liberalların ən azğın hissəsi şiə məscidinin heybətli sütunları önündə düzülərək “nardaranşina” ssenarisinə-puqaçvşina ruhunda kənd inqilabına ümid bəsləyir. Və birdən dönük, daha dəqiq desək avromaydan şinelindən sıyrılıb düşmüş İlqar özünün vulqar silloqistik Azərbaycan Maydanı ilə ortaya çıxır. Və burnunun altında qeyri-müəyyən tərzdə, utancaqcasına özünün sınıq-salxaq azərbaycancasında patetik xalq-respublikaçı şüarlar səsləndirir.

Axı bir az fasilə götürmək, vəziyyətə nəzər salmaq, düşünmək və heç olmasa bir dəfə situasiyanı düzgün dəyərləndirmək olardı?! Deyirlər ki, həbsxana insana müdriklik gətirir, lakin özünün məsihliyinə inanan və jurnalistləri mətbuat konfransına çağıran İlqar Məmmədovun nümunəsində...Və bu sosial şəbəkələr əsrində baş verir, elə bir vaxtda ki, prezidentlər, siyasətçilər evlərə feysbuk pəncərəsindən daxil olur.

Şübhəsizdir ki, İlqar Məmmədov özünün ampluasında qalır. Tapşırılmış missiyadır. Keçmiş gözləməyi bacarmır. İ.Məmmədovu Azərbaycan hakimiyyətinə təzyiq rıçağı kimi hazırlamışdılar. O, “Azərbaycan baharı”nın barrikadalarını vəd edən ani siyasi revanşın gözləntilərindən nəfəs dərərək liberal iyerarxiyanın pilləkənləri ilə tədricən qalxırdı.

Sorosun Budapeştdəki Mərkəzi-Avropa Universitetində təhsil, Beynəlxalq Valyuta Fondunda və ABŞ səfirliyində iş, Sorosla tez-tez səmimi söhbətlər və onun Fondunda iş, Qalifaksdakı qapalı hərbi bazaya səfər...Və nəhayət “ReAL” adlı yarıleqal və qeyri-formal inqilabçı təşkilatın yaradılması. Lakin İlqar öz xalqı tərəfindən başa düşülmədi. 2010-cu ildə yeni meydana atılmış Qərbyönümlü siyasətçi parlament seçkilərində heç bir uğur qazana bilmədi, uduzdu. Və özü çarəsizcəsinə öz məğlubiyyətini etiraf etdi. İlqar və Azərbaycan xalqı müxtəlif dillərdə danışırdılar. Və ona görə yox ki, o xalqından çox uzaq idi, ona görə ki, daha çox xalq Məmmədovdan çox uzaqdaydı.

Özünün qısamüddətli siyasi fəaliyyəti ərzində İ.Məmmədov müxalifətin bütün aparıcı siyasətçiləri ilə mübahisə etməyə imkan tapdı-o, İsa Qəmbərin ünvanına lənətlər yağdırdı, Etibar Məmmədovu riyakarlıqda ittiham etdi, Əli Kərimlidən ayağı qaloşlu kəndçi obrazı yaratdı. Hansı ki, bu obraz həmişəlik onun boynuna biçildi...Məmmədov öz yolu ilə gedirdi, və necə bacarırdısa elə gedirdi. Bir neçə illik aktiv fəaliyyəti ərzində Məmmədovun ətrafında onun bir ovuc tərəfdaşları toplaşdı ki, bunları çalışıb birtəhər həmfikirlər adlandırmaq olar.

Hansısa QHT-nin ofisini xatırladan balaca ikiotaqlı mənzil-qərargahında İ.Məmmədovu bir neçə qrant və işıqlı gələcək uğrunda mübarizə yoldaşı qarşıladı. 2012-ci ilin yayında isə bir vaxtlar hakimiyyətə loyal olmuş Qərbpərəst sorosçu qəribə qənaətə gəlmişdi: “Zaman yetişib!”. İ.Məmmədov ambrazura qalxdı və MDB məkanındakı ən möhkəm hakimiyyət konstruksiyalarından birinə hücum etməyə başladı. Hansısa banal “pivə qiyamı”. İsmayıllıda bir yığın qəzəbli insandan ibarət kütlə oteli yandırdı. İlqar fürsəti əldən verməyib narahat kəndə tərəf şığıdı. Və bir “Molotov kokteyli”indən meydana çıxmış alovu bütün ölkəyə yaymağa çağırdı.
 

Odu söndürdülər, İlqarı isə köləlikdəki ispan republikaçısının taleyi gözləyirdi. Beləcə baş tutmamış “pivə qiyamının” lideri uzun illik həbsxana tənhalığına məhkum edildi. Bütün bu müddət ərzində o yorulmadan Qərbə çağırış edirdi: Azərbaycana qarşı sanksiyalar tətbiq edin, hakimiyyəti Maqnitski siyahısı ilə cəzalandırın, dövləti Avropa ailəsindən kənarlaşdırın...Qərb isə sanki kar idi, eşitmirdi. Daha sonra İlqar imperializmin davamçılarının-həmin Qərbin ünvanına ifşaedici çıxışlar etdi.

Amerikalılar uzun müddət sükutu saxladılar, Avropa isə yalnız Strasburq məhkəməsinin bir dekreti ilə kifayətləndi. İ.Məmmədovun şikayətini Avropa Məhkəməsinin icra olunmayan qərarları ilə dolu böyük qovluğa qoydular. Amma Azərbaycan hakimiyyəti Məmmədovun işi üzrə Avropa Məhkəməsinin bütün təlimatlarını yerinə yetirdi. Onun azadlığına gəlincə, Avropa Məhkəməsi yolunu azmış dustağın sözsüz azad olması haqqında qərar çıxarmamışdı. Bir az sonra Avropa Şurasının qalmaqallı baş katibi, sovet Dövlət Təhlükəsizliyi Komitəsi ilə şübhəli əlaqələri olan Torbern Yaqlandın təkidi ilə Avropa Məhkəməsi ikinci qərar qəbul etdi. Azərbaycan Ali Məhkəməsi İ.Məmmədovun işini birinci instansiyaya təkrar araşdırmaya göndərdi. Məhkəmə İ.Məmmədova sınaq müddəti ilə şərti azadlıq hədiyyə etdi.

Budur xalq-respublikaçı şüarlar qışqıran qəribə dustağın qısa giriş tarixçəsi... Bəs sonra nə olacaq? Əlbəttə, İlqar Məmmədov şəxsi taleyinin sahibidir. Əlbəttə, o liberal-şiəliyə qoşula və ya “pivə qiyamını” təkrarlaya bilər, amma əgər utopik liberalizmin yalançı lideri yenidən barrikadalara atılacaqsa…

Ehtimal ki, bu halda hakimiyyətin yeni qiyamın səbəbkarını uzaq Nuxa həbsxanana geri qaytarmaqdan başqa yolu qalmayacaq. Böyük iğtişaş okeanının arasında kiçik sabit arxipelaq - Azərbaycan üçün yeni çağırışların və təhdidlərin taleyüklü dövrü başlayır. Hakimiyyət və cəmiyyət Gəncənin kriminal-dini, demək olar ki, teokriminal hadisələrindən sonra hələ də acı dərs alır. Və əgər azadlığın havası ilə məst olmuş İlqar Məmmədov stulları sındırmağa yenidən başlayacaqsa, hərçənd Makedoniyalı İskəndər, sözsüz, böyük insan idi, o hakimiyyətə başqa seçim yolu qoymayacaq…

Bax bu dəfə Qərb İlqara dəqiq kömək etməyəcək!...

Eynulla Fətullayev


Baxış sayı: 4340 | Tarix: 14.08.2018
Bizi Telegramda izləyin: @repostaz