Meyxanaçı-müğənni Samirə Yusifqızı qalmaqallı açıqlamalar verib.
 
RePost.Az-ın məlumatına görə, yenicag.az-a danışan Samirə şou-biznes aləmində olan bəzi sənətçiləri tənqid edib.
 
"Bəzi xanım müğənnilər efirə çıxıb, qeyri-səmimi açıqlamalar verir ki, ay mənim həyatımda heç kim yoxdur, sevmirəm və s. Yalan danışırlar. Ya mərdi-mərdanə olanı etiraf et, ya da heç olmasa, sus, danışma. Xalqın gözündən pərdə asa bilməzsən. Onsuz da bilən bilir. Ucqar rayonlarda kimsə sənin həyatından xəbərsiz ola bilər. Amma hamı bilir ki, səni hansı kişi saxlayır. Lap əvvəllərdən belə şeylər olub. Arvadı ola-ola, başqasının ərini əlindən alıb, zorla özlərini arvad ediblər. Həmin kişinin də arvadı blokda gəlib həmin qadını çırpıb".
 
RePost.Az

Baxış sayı: 4834 | Tarix: 25.08.2018
Bizi Telegramda izləyin: @repostaz