"Mən prezident İlham Əliyevin sərəncamına hörmətlə yanaşıram, həmişə Heydər Əliyevin və İlham Əliyevin ideyalarının tərəfdarı olmuşam və olacağam. Hesab edirəm ki, prezidentə hər şey daha yaxşı məlumdur”.
 
RePost.Az-ın məlumatına görə, "Azərenerji”nin sabiq başçısı Etibar Pirverdiyev bunu Virtualaz.org-a öz istefasını şərh edərkən deyib.
 
 E. Pirverdiyev istefasının Mingəçevirdəki qəzanın nəticələri ilə bağlı olub-olmadığı barədə suala cavab verərkən qeyd edib ki, Dövlət Komissiyasının rəyinə hörmətlə yanaşır, hərçənd nüfuzlu beynəlxalq komissiyaların nümayəndələri də müvafiq rəylərini vermişdilər.
 
RePost.Az

Baxış sayı: 4226 | Tarix: 04.09.2018
Bizi Telegramda izləyin: @repostaz