Türkiyədə və Şimali İraqda sıxışdırılan PKK terrorçuları Ermənistana pənah aparır.
 
RePost.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı iddia qaldırıb. “Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, terrorçular gizləndikləri mağara və məntəqələri dağıldığı üçün Qaradəniz sahilindən qaçmaq istəyi baş tutmayıb.
 
Türkiyə Silahlı Qüvvələrinin terrorçuların bütün qaçış istiqamətlərini bağlayıblar. Türkiyə kəşfiyyatçılarının əldə etdikləri informasiyaya görə, PKK terrorçuları yeni planlar cızıblar.
 
Bu planlar arasında terrorçuların gizləndiyi yeni istiqamət seçilib. Bu sığınacaq isə Ermənistan ərazisidir. Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular sərhəddən adlayaraq TİKKO, MHP, TİKB, MLKP kimi qanunsuz sol terror təşkilatlarının kamuflyajı altında bölgəyə sızıb. 
 
Hazırda terrorçular Ermənistan sərhədlərində və dağlar ətrafında sığınacaqlara yerləşiblər.
 
Terrorçuların Qara dənizə sızmasının əsas səbəbi də aydın olub. Amons dağlarında məhv edilən PKK yenidən təşkilatlanaraq Qara dənizi Amonsa çevirmək niyyəti güdür.
 
Maraqlısı ondadır ki, Ermənistanın köhnə hakimiyyəti kimi yeni hökuməti də PKK terrorçularına dəstək verir. Ölkə rəhbərliyi terrorçuları lazım olan qida və silahla təmin edir.
 
RePost.Az

Baxış sayı: 4492 | Tarix: 06.09.2018
Bizi Telegramda izləyin: @repostaz