RePost.az-ın məlumatına görə, görüntülər İtaliyanın Cenova şəhərinin yaxınlığında, Ronko Skrivia rayonunda lentə alınıb.
Görüntülərdə 4 uzunqulaq çəpərlənmiş yerə salınıblar. Onlardan ikisi - Pedro və Domeniko hasarın üzərindən tullanaraq keçir. Lakin Oreste bir az düşündükdən sonra tullanmaq yerinə çəpərdəki taxta parçasını ağzı ilə yerindən çıxarır və rahatlıqla bir tərəfdən digərinə keçir.
Video sosial şəbəkələrdə ən çox izlənilən görüntülərdən olub.