Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub.
RePost.Az xəbər verir ki, bu barədə politoloq Azər Rəşidoğlu öz "Facebook" profilində məlumat yayıb.
"Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. Rasimi 30 ildir tanıyıram və onun Heydər Əliyev fanatı olduğunu bilirəm" — deyə A.Rəşidoğlu bildirib.
Rəşidoğlunun yazdığına görə, E.Əzizovun bu qərarı birmənalı qarşılanmayıb. Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib. Quliyev hələlik bu təklifə razılıq verməyib.
Xatırladaq ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.
O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.
RePost.Az