Dağıstan sakini avtobusla Moskvaya öz eşşəyini göndərmək istəyirdi
RePost.az xəbər verir ki,bir kişi heyvanını avtobusun yük yerində daşınması üçün avtobus sürücüsünü yola gətirməyə çalışıb.
Çəkilmiş videogörüntüdə göründüyü kimi, kişi eşşəyinin ictimai nəqliyyatın baqajında aparması üçün avtobus sürücüsünü dilə tutur.
Sərnişinlər uzunqulağın sahibinin bu hərəkətini gülüşlə qarşılayıblar. ”Sən onu hara aparırsan?Onun sənədi var?” sualları verib gülürlər.
Nəticədə uzunqulağı maşının baqaj hissəsinə yükləyirlər. Uzunqulaq, görünür, belə səyahətlərə vərdiş etmiş kimi, sakitcə oturub müqavimət göstərmir.
RePost.az