Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb. 
 
RePost.Az unikal.org-a istinadən xəbər verir ki, Əhəd Abıyev Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub.
 
Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Əhəd Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.
 
Məsələ ilə bağlı açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı əməliyyat olunduğunu təsdiqləyib:
 
"Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Həmçinin böyrəyimdə kreatinin miqdarı artmışdı. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha, hər şey qaydasındadır".
 
RePost.Az

Baxış sayı: 4378 | Tarix: 23.10.2018
Bizi Telegramda izləyin: @repostaz